Hakan Fidan Zəfər Günü münasibətilə Azərbaycanı təbrik etdi – FOTO
Türkiyənin xarici işlər naziri Hakan Fidan 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycanı təbrik edib.
Bu barədə diplomat sosial şəbəkədə yazıb.
“Can Azərbaycanın 8 Noyabr – Zəfər Gününü ürəkdən təbrik edirəm.
Zəfərin üçüncü ildönümündə Qarabağ Azərbaycan bayrağı altında əmin-amanlığa qovuşmasının coşqusunu yaşayır.
44 günlük mübarizəni zəfərlə taclandıran bütün qəhrəmanlarımızı şükranla, şəhidlərimizi ehtiramla yad edirəm, Qarabağ Azərbaycandır!”, – XİN başçısı qeyd edib.

