Ərdoğan Zəfər Günü ilə bağlı paylaşım edib – FOTO

Ərdoğan Zəfər Günü ilə bağlı paylaşım edib – FOTO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Noyabr – Zəfər Günü münasibətilə sosial şəbəkədə paylaşım edib.

ARANTV.AZ xəbər verir ki, Türkiyə lideri paylaşımında qeyd edib:

“Qardaş Azərbaycanı 8 Noyabr – Zəfər Günü münasibətilə ürəkdən təbrik edir, Qarabağın azadlığı uğrunda 44 gün qəhrəmancasına döyüşmüş qazilərimizi hörmətlə, şəhidlərimizi ehtiramla yad edirəm. Qarabağ Azərbaycan ərazisidir və inşallah qiyamətə qədər belə qalacaq”.