Ceyhun Bayramov Mərakeşin mərhum kralı V Məhəmmədin məqbərəsini ziyarət edib – YENİLƏNİB + FOTO
Xarici işlər naziri Ceyhun Bayramov Rabat şəhərinə səfəri çərçivəsində Mərakeşin mərhum kralı V Məhəmmədin məqbərəsini ziyarət edib.
“Report” xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin “X” hesabında paylaşım edilib.
Bildirilib ki, Ceyhun Bayramov mərhum kralın Mərakeş qarşısındakı xidmətləri ilə bağlı fikirlərini bildirib.
16:56
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov mərakeşli həmkarı Nasser Bourita ilə görüşüb.
ARANTV.AZ xəbər verir ki, görüş Mərakeş-Azərbaycan Birgə Komissiyasının 2-ci sessiyası çərçivəsində Rabatda baş tutub.

