Dünyanın ən bahalı dodaq boyası – Foto
İndiyə qədər yaradılmış ən bahalı dodaq boyası 14 milyon dollar dəyərində olan “H.Couture Beauty” brendinin “Diamond” pomadasıdır.
ARANTV.AZ xarici mətbuata istinadən xəbər verir ki, bu dodaq boyasının istehsalı artıq dayandırılsa da, dünyanın ən dəbdəbəli kosmetikası siyahısında birinci yerdədir.
Pomadanın 110 qramlıq korpusu xalis 18 karat qızıldan hazırlanıb və 2500 göy, 1200 çəhrayı brilyantla bəzədilib.
Alıcı onun üzərinə öz adını və ya hər hansı yazını həkk edə, həmçinin istifadə etdikdən sonra yenidən doldura biliərdi.


