İran səfiri: “Tehranın prinsipial mövqeyi daim Qarabağın Azərbaycanın olmasından yana olub” – FOTO
“İranın prinsipial mövqeyi daim Qarabağın Azərbaycanın olmasından yana olub”.
ARANTV.AZ-ın məlumatına görə, bu barədə İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi özünün “X” sosial şəbəkə hesabında bildirib.
O bildirib ki, Azərbaycanın ərazi bütövlüyünün bərpası və Qarabağın Azərbaycanın suverenliyinə qayıtması İran tərəfindən xoş qarşılanıb.
“Qarabağda olan ermənilərin hüquq və təhlükəsizliyinin təmini yalnız Azərbaycanın suverenliyi, qanunları ilə məna tapır”, – deyə diplomat vurğulayıb.

