On ayda ölkəyə 482 milyon dollarlıq əczaçılıq məhsulları idxal edilib
2023-cü ilin yanvar-oktyabr aylarında Azərbaycana 482 milyon 252 min dollar dəyərində əczaçılıq məhsulları idxal edilib.
ARANTV.AZ Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu göstəricinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 11.2% və ya 60.7 milyon dollar azalıb.
2022-ci ilin ilk 10 ayında Azərbaycana 543 milyon dollar dəyərində əczaçılıq məhsulları gətirilib.
Qeyd edək ki, hesabat dövründə idxal edilən əczaçılıq məhsullarının dəyəri Azərbaycanın ümumi idxalının 3.40%-ni təşkil edib. Ötən ilin müvafiq dövründə əczaçılıq məhsullarının idxalı Azərbaycanın ümumi idxalının 4.69%-nə bərabər olub.

