İrəvanda baş verən partlayış zamanı xəsarət alanların sayı açıqlandı – YENİLƏNİB + VİDEO
İrəvan Dövlət Universitetinin kimya kafedrasının binasında baş verən partlayış zamanı üç nəfər ağır xəsarət alıb.
Bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.
Məlumatda qeyd olunur ki, xəsarət alan şəxslər xəstəxanaya yerləşdirilib.
10:42
Ermənistanın paytaxtında yerləşən İrəvan Dövlət Universitetinin Kimya, Coğrafiya, Əczaçılıq İnstitutunun yerləşdiyi korpusda partlayış baş verib.
Məlumat və hadisənin baş verdiyi yerin yaxınlığında çəkilən görüntülər Ermənistanın “Telegram” kanallarında paylaşılıb.
İlkin məlumata əsasən, partlayış kimya kafedrasında baş verib.
Hadisə yerinə təcili tibbi yardım xidmətinin briqadaları və yanğınsöndürən avtomobillər cəlb ediliblər.
İnsident nəticəsində xəsarət alanların olduğu bildirilir. Hadisənin təfərrüatı barədə məlumat verilməyib.
Mənbə: Tert.am “Telegram” kanalı

