Şimal bölgəsinə qar yağıb – YENİLƏNİB + FOTO/VİDEO
Şimal bölgəsində davam edən qeyri-sabit hava şəraiti temperaturun mənfi dərəcəyə qədər enməsinə səbəb olub.
APA-nın yerli bürosu xəbər verir ki, gecə saatlarında Xınalıqda mənfi iki dərəcəyə qədər şaxta olub.
Xınalıq və Laza yaşayış məntəqələrinə 1-4 sm qalınlığında qar yağıb.
Bölgənin digər yaşayış məntəqələrində sulu qar və yağış müşahidə edilir.
09:44
Noyabrın 20-də gecə saatlarından başlayaraq Naxçıvan Muxtar Respublikası ərazisində soyuq hava şəraiti hökm sürüb.
APA-nın Naxçıvan bürosu xəbər verir ki, gecə saatlarından başlayan yağış yüksək dağlıq və dağətəyi ərazilərdə sulu qara çevrilib.
Qar daha çox Şahbuz rayonunun dağlıq kəndlərinə yağıb. Qarın hündürlüyü bu kəndlərdə 2-6 sm-ə çatıb. Eyni zamanda, Culfa və Babək rayonunun bəzi dağlıq kəndləri də ağ örpəyə bürünüb.

