Siyasət 

Ermənistan XİN rəsmisindən Bakının vasitəçisiz görüş təklifi ilə bağlı açıqlama

“Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşü hələ planlaşdırılmayıb”.

Ermənistan mediasının məlumatına görə, bu barədə Ermənistanın xarici işlər nazirinin müavini Mnatsakan Safaryan bəyan edib.

O, Bakı ilə vasitəçisiz görüşün İrəvan üçün məqbul olub-olmaması ilə bağlı jurnalistin sualını da cavablandırıb.

“Elə məsələlər var ki, orada vasitəçilərin iştirakı çox mühüm rol oynayır”, – deyə o qeyd edib.

Daha çox xəbərlər