Ekspertlər: “Dürüst həyat tərzi” tələbləri İsveçdə söz azadlığını təhlükə altına qoya bilər
İsveç hökumətinin yaşamaq üçün icazəsi olan insanlara qarşı tələblərin sərtləşməsi barədə təklifi Krallıqda kəskin tənqidə səbəb olub.
Bundan əvvəl xəbər verildiyi kimi, İsveç hökuməti yaşamaq üçün icazəsi olan insanlara qarşı tələbləri sərtləşdirmək niyyətindədir ki, onlar “dürüst həyat tərzi” sürsünlər. Hökumət, həmçinin “sistemi təhdid edən”, “fundamental İsveç demokratik dəyərlərini ciddi şəkildə təhdid edən” və ya “dövlət idarəetməsinin legitimliyini təhlükə altına salan” bəyanatların yaşamaq üçün icazənin verilməsindən imtina və ya onun geri çağırılması üçün səbəb ola biləcəyini tədqiq edir. Hüquqi məsələlər üzrə bir sıra ekspertlər bu təklifin İsveçdə yaşamaq üçün icazəsi olanların söz azadlığını məhdudlaşdırmaq riski daşıdığını bildiriblər.
“Həm milli qanunvericilikdə, həm də bir sıra beynəlxalq konvensiyalarda İsveç təsdiq edib ki, biz bütün insanların hüquqlarını müdafiə edən demokratik dövlətik. İnsan hüquqlarını müdafiə etməliyiksə, İsveç vətəndaşlığı olan və olmayanlar arasında fərq qoymaq yersizdir”, – deyə Höteborq Universitetinin hüquq elmləri professoru Yeva-Mariya Svensson bildirib.
Uppsal Universitetinin Konstitusiya hüququ müəllimi Mikael Ruotsi bildirir ki, İsveç konstitusiyasında əcnəbi vətəndaşların söz azadlığını məhdudlaşdırmaq üçün müəyyən imkanlar var. Lakin hökumətin təklifinin bu çərçivəyə sığıb-sığmaması aydın deyil və digərləri ilə yanaşı, bu cür qanun layihəsi Avropa Konvensiyasından irəli gələn ifadə azadlığı hüquqlarına olan tələblərə uyğun olmalıdır.
Onun sözlərinə görə, yaşamaq üçün icazənin ləğv edilməsi imkanı böhran vəziyyətlər, İsveçin müharibə vəziyyətinə düşdüyü hal üçün nəzərdə tutulub, bu üsulun dinc vaxtda tətbiq edilməsi inanılmaz dərəcədə irəliyə gedən nəticələrə malikdir.
“Söhbət, əsasən, digər ölkələrdən gələn insanlar üçün məhdudiyyətlərdən gedir. Sual verilir: Əhməd adında bir kəsin bunu etməyə icazəsi yoxdursa, Anders adında olan kimsənin niyə buna icazəsi olmalıdır?” – deyə Sosial Sığorta Komitəsində sosial-demokratlar qrupunun lideri Anders İqeman vurğulayıb.
AZƏRTAC

