Siyasət 

Özbəkistan nümayəndə heyəti Şuşada olub – FOTO

Özbəkistanın Qeyri-Hökumət Təşkilatları Milli Assosiasiyasının sədri Kamoliddin İşanxojayevin rəhbərlik etdiyi nümayəndə heyəti Şuşada olub.

“Report”un Şuşaya ezam olunmuş əməkdaşı xəbər verir ki, onlar Şuşanın gəzməli-görməli yerlərini gəzib, şəhərlə tanış olublar.

Nümayəndə heyəti Azərbaycan Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimovla görüşüb.

Qonaqlara şəhərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri barədə ətraflı məlumat verilib.

 

Daha çox xəbərlər