Cəmiyyət 

Umayra Tağıyeva: “Təbii fəlakətlərin sayı artacaq” – FOTO

“Son zamanlar iqlim dəyişmələri nəticəsində dünyada baş verən təbii fəlakətlərin intensivliyi artır”.

ARANTV.AZ-ın məlumatına görə, bunu ekologiya və təbii sərvətlər nazirin müavini Umayra Tağıyeva qlobal iqlim dəyişmələri mövzusunda keçirilən dəyirmi masada deyib.

Onun sözlərinə görə, iqlim dəyişiklikləri ölkələrin iqtisadi inkişafına da təsir edir:

“Alimlərin sözlərinə görə, iqlim dəyişiklikləri nəticəsində baş verən təbii fəlakətlərin sayı artacaq”.

U.Tağıyeva əlavə edib ki, işğaldan azad olunan ərazilərdə karbon neytrallığına nail olmaq əsas hədəflərindən biridir.

 

Daha çox xəbərlər