BMT: “Son 32 ildə Azərbaycanda 3 460 nəfər mina qurbanı olub”
“Sonuncu qəbul edilən Bəyannamədə bizim minatəmizləmə ilə bağlı konkret qətiyyətli addımlarımız göstərilib. Minalar və digər partlayıcı maddələr 60 ölkədə insanların həyatı üçün təhlükə törətməkdədir. Azərbaycanda 1991-ci ildən 3 460 nəfər, 357 uşaq, 38 qadın mina qurbanı olub”.
“Report” xəbər verir ki, bunu BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva “Mina Təhlükəsi ilə Mübarizə: innovasiyalar və qabaqcıl təcrübələr” adlı 2-ci beynəlxalq texniki tədbirdə deyib.
Onun sözlərinə görə, BMT-nin sonuncu bəyannaməsində minatəmizləmə ilə bağlı konkret qətiyyətli addımlar göstərilib:
“Minalar və digər partlayıcı maddələr 60 ölkədə insanların həyatı üçün təhlükə törətməkdədir”.