Gündəm 

Mikayıl Cabbarov Türkmənistanın xarici işlər naziri ilə görüşüb – FOTO

“Türkmənistana işgüzar səfərimiz çərçivəsində bu ölkənin Nazirlər Kabinetinin sədr müavini, xarici işlər naziri Rəşid Meredov ilə ölkələrimizin əlaqələrinin güclənməsinin səmərəli nəticələri barədə müzakirə apardıq”.

Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki şəxsi hesabında bildirib.

“İki ölkənin malik olduğu zəngin potensiala uyğun olaraq, əməkdaşlığın şaxələndirilməsi üçün əlverişli imkanların olduğunu qeyd etdik”, – deyə nazir paylaşımda bildirib.

Daha çox xəbərlər