Cəmiyyət 

İstanbulda qeyri-qanuni yaşayan Azərbaycan vətəndaşlarının qəbulu keçiriləcək

Azərbaycanın İstanbul şəhərindəki Baş Konsulluğunda orada qeyri-qanuni yaşayan vətəndaşların qəbulu keçiriləcək.

Bu barədə Azərbaycanın İstanbuldakı Baş Konsulluğundan bildirilib.

Qeyd olunub ki, qəbul dekabrın 9-dan 20-dək keçiriləcək.

Qəbul zamanı pasport, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat şəhadətnamələri (doğum haqqında şəhadətnamə, nikah haqqında şəhadətnamə və s.) və digər konsulluq əməliyyatlarının həyata keçirilməsi nəzərdə tutulur.

Daha çox xəbərlər