Hadisə 

Gəncədə qəza zamanı piyada xəsarət alıb

Gəncədə piyadanın vurulması ilə nəticələn yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə şəhərin Yeni Gəncə yaşayış massivində qeydə alınıb.

Hərəkətdə olan avtomobil 1989-cu il təvəllüdlü Firuzə Məmmədovanı vurub.

Piyada xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Daha çox xəbərlər