Gəncədə quyuya düşən şəxs xəstəxanada ölüb
Gəncədə bədbəxt hadisə baş verib.
ARANTV.AZ xəbər verir ki, hadisə şəhərin Atatürk prospektində qeydə alınıb. 1976-cı il təvəllüdlü Niyaz Vəliyev sözügedən ünvanda quyuya düşüb. 47 yaşlı kişi xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, o, xəstəxanada dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.