Dünya 

Yüzlərlə rus yumurtaya görə növbəyə düzüldü – VİDEO

Saratovda yüzlərlə insan toyuq yumurtası almaq üçün növbəyə düzülüb.

ARANTV.AZ xəbər verir ki, müvafiq kadrları “Shot” “Telegram” kanalı yayıb.

Bildirilib ki, dekabrın 2-də Saratov Teatr Meydanında 70 mindən çox yumurtanın satıldığı yarmarka açılıb.

Qeyd edilib ki, yumurtanın bir ədədinin qiyməti 78-100 rubl arasında dəyişir. Məhz buna görə də meydanda belə uzun növbə yaranıb.

Bir müddət öncə məlum olub ki, Federal Antiinhisar Xidməti Rusiya pərakəndə satış şirkətlərinə 2024-cü ilin mart ayına qədər könüllü olaraq toyuq yumurtalarının qiymətlərini beş faizə qədər məhdudlaşdırmağı təklif edib.

Bu il ölkədə toyuq ətinin də qiyməti kəskin artıb – ilin əvvəlindən maya dəyəri 27 faizdən çox artıb.

Market biznesin avtomatlaşdırılması xidmət sisteminə görə, toyuq iki il ərzində Rusiyanın istehlak səbətində ən bahalı məhsullardan birinə çevrilib.

Daha çox xəbərlər