Hadisə 

Kürdəmirdə iki “Mercedes” toqquşub: Xəsarət alanlar var – FOTO

Kürdəmirdə ağır yol-nəqliyyat hadisəsi baş verib, xəsarət alanlar var.

“Report”un məlumatına görə, hadisə Bakı-Qazax yolunun rayonun Karrar kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, iki “Mercedes-Benz”in toqquşması nəticəsində dörd nəfər müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıb.

Yaralılar dərhal təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.

Faktla bağlı araşdırma aparılır.

 

Daha çox xəbərlər