Cəmiyyət 

Azərbaycanda 60 yaşlı qadın ilk dəfə ana oldu: “Sevincimdən huşumu itirdim” – YENİLƏNİB

Xəbər verildiyi kimi, Lənkəran Regional Perinatal Mərkəzdə 60 yaşlı qadın ana olub.

Bu haqda Lənkəran Rayon Mərkəzi Xəstəxanası məlumat yayıb. Rayonun Bürcəli kənd sakini 1963-cü il təvəllüdlü Səfərova Ayaxanım hamiləliyin 37-ci həftəsində, qeysəriyyə yolu ilə qız uşağı dünyaya gətirib. Körpənin çəkisinin 3100 qram, boyunun 49 santimetr olduğu bildirilib.

Körpənin atası 56 yaşlı Hüseyn Səfərov sevincini Bizim.Media-ya bölüşüb:

“Uşaq da, yoldaşım da yaxşıdır. Xəbəri eşidəndə, sevincimdən huşumu itirdim. 2003-cü ildə ailə qurmuşuq, bu bizim ilk evliliyimizdir. Tanrı bizə övlad da nəsib etdi. Çox danışa bilmirəm, həyəcanlıyam”, – deyə ata bildirib.

Qeyd edək ki, bu, ananın birinci hamiləliyidir. Əməliyyatdan sonrakı dövr fəsadsız keçib. Ana və körpənin vəziyyəti qənaətbəxşdir.

15:56

Lənkəran Regional Perinatal Mərkəzdə 60 yaşı qadın uşaq dünyaya gətirib.

Bu barədə Lənkəran Rayon Mərkəzi Xəstəxanası məlumat yayıb.

Bildirilib ki, Lənkəran rayon Bürcəli kənd sakini 1963-cü il təvəllüdlü Ayaxanım İltifat qızı Səfərova hamiləliyin 37-ci həftəsində, dekabrın 5-də qeysəriyyə yolu ilə çəkisi 3100 qram, boyu 49 santimetr olan qız uşağı dünyaya gətirib.

Əməliyyatdan sonrakı dövr fəsadsız keçib. Ana və körpənin vəziyyəti qənaətbəxşdir.

Qeyd edək ki, bu, ananın birinci hamiləliyidir.

Daha çox xəbərlər