Prezidentimizin sürprizi ilə çox xoşbəxt oldum – Hüseynin anası
Azərbaycan ilə Ermənistan arasında hərbçilərin qarşılıqlı surətdə azad edilməsi barədə razılıq əldə olunub. Razılığa əsasən, hazırda Ermənistanın əsir kimi saxladığı azərbaycanlı hərbçilər-Bəbirov Aqşinlə Axundov Hüseyn azad ediləcək.
ARANTV.AZ xəbər verir ki, Hüseyn Axundovun anası Şəlalə Axundova sevinc göz yaşlarını saxlaya bilməyib: “Gözümüz aydın. Prezidentimizin sürprizi ilə çox xoşbəxt oldum. Onun sürprizi dünənki ömürlük həbs cəzasından sonra bizə çox böyük hədiyyə oldu. Dövlət başçımıza çox minnətdarıq. Allah onu başımızdan əskik etməsin”. (“Qafqazinfo”)

