Cəmiyyət 

Ölmüşdük, Prezidentimiz bizi diriltdi – Dürdanə Bəbirova

Xəbər verdiyimiz kimi, Azərbaycan ilə Ermənistan arasında hərbçilərin qarşılıqlı surətdə azad edilməsi barədə razılıq əldə olunub. Razılığa əsasən, hazırda Ermənistanın əsir kimi saxladığı azərbaycanlı hərbçilər- Bəbirov Aqşinlə Axundov Hüseyn azad ediləcək.

 

ARANTV.AZ xəbər verir ki, bu barədə Aşqin Bəbirovun anası Dürdanə Bəbirova bildirib.

 

“Nə deyə bilərəm? Hər zaman sizlər yanımızda oldunuz. Prezidentimizə çox minnətdaram. Ölmüşdük, Prezidentimiz bizi diriltdi. Səsimizə səs verdi, fəryadımızı eşitdi”- deyə D.Bəbirova sevinc göz yaşlarına hakim ola bilməyib.

Daha çox xəbərlər