Bakıda sığınacaqda qızılcaya yoluxan uşaqların son durumları açıqlanıb

Bakıda sığınacaqda qızılcaya yoluxan uşaqların son durumları açıqlanıb

“Azərbaycan Uşaqlar Birliyinin Bakıda yerləşən sığınacağında qızılcaya yoluxan uşaqların hazırda səhhəti yaxşıdır”.

Bunu “Report”a açıqlamasında Birliyin sədri Kəmalə Ağazadə deyib.

O bildirib ki, xəstəxanaya yerləşdirilən uşaqlardan bir neçəsi sabah, qalanları isə sağaldıqca sığınacağa buraxılacaqlar.

Xatırladaq ki, Azərbaycan Uşaqlar Birliyinin Bakıda yerləşən sığınacağında qalan 40 uşaq qızılcaya yoluxub, onlardan 20-si xəstəxanaya yerləşdirilib.