Dünya 

Qazaxıstan sakinlərinə ŞOK XƏBƏRDARLIQ: 380 dərəcə şaxta olacaq?

Qazaxıstan sakinlərinə mənfi 380 dərəcə soyuq havanın başlaması ilə bağlı səhvən xəbərdarlıq edilib.

ARANTV.AZ xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

Bildirilib ki, “Tele2” mobil operatorunun abunəçiləri şaxtanın yaxınlaşması barədə xəbərdarlıq alıblar.

“08.12.23-də Şimali Qazaxıstan vilayətinin ərazisində mənfi 380 dərəcəyə qədər güclü şaxta var. 0-11-ci siniflər üçün dərslər ləğv edilir”, – deyə məlumatda bildirilib.

“Tele2″nin mətbuat xidmətindən bildiriblər ki, məlumatı göndərən 112-dir: “Bu konkret olaraq texniki xətadır. Xəbər bülletenində dərəcə (°) işarəsi sıfırla əvəz edilib”, – deyə şirkət izah edib.

Bundan əvvəl Rusiyanın Hidrometeorologiya Mərkəzi yaxın vaxtlarda Moskvada orta sutkalıq temperaturun iqlim normasından 10-12 dərəcə aşağı olacağını bildirmişdi.

 

Daha çox xəbərlər