Taxıl, qarğıdalı və günəbaxan sahələrinin biçilməsi: “Claas”dan universal təklif – FOTO/VİDEO
Uzun illərdir Azərbaycanın aqrar sektorunda əzmlə çalışan Almaniyanın “Claas” konserninin rəsmi tərəfdaşı “4S” LLC ölkə fermerlərinə yeni innovativ həllər təqdim etməkdə davam edir. Artıq taxıl zəmilərinin biçilməsində özünü effektiv maşın kimi nümayiş etdirən “Claas Dominator” kombaynları ölkə fermerlərinin rəğbətini qazanıb.
“Claas” konserninin Azərbaycanda biznes tərəfdaşı olan “4S” şirkəti 2022-ci ildə azərbaycanlı aqrar təsərrüfat sahiblərinə “Claas Dominator” kombaynının yenilənmiş və gücləndirilmiş versiyasını təqdim etdi. Yeni “Dominator 5” samansilkələyənə, eyni zamanda 60% böyüdülmüş təmizləmə sahəsinə, 2 dəfə böyük taxıl çəninə malikdir. “Dominator”un çənini cəmi 1 dəqiqəyə boşaltmaq mümkündür və bu da sahədə iş əmsalının və yığımın sürətini artırmağa şərait yaradır. Kombayn bütün növ taxıl bitkilərinin yığımında yüksək məhsuldarlıq göstərir.
“4S” LLC-nin təsisçisi Elxan Ələkbərov qeyd edib ki, fermerlərə daha keyfiyyətli, operativ xidmət göstərmək üçün servis əməkdaşları Almaniyada uzunmüddətli təlimlərə cəlb ediliblər. Bu təlimlərin sonunda onlar xüsusi sertifikat əldə ediblər. Eyni zamanda texnikaların 7/24 xidmətə hazır vəziyyətdə saxlamaq və yaranacaq tələbləri ödəmək üçün kifayət qədər ehtiyat hissəsi tədarükü görülüb. Bu isə istər biçinə hazırlıq, istər biçin dönəmində “Claas” texnika sahiblərinin rahatlığını təmin etməyə, itkini azaltmağa və məhsuldarlığı yüksəltməyə hesablanmış addımdır.
Elxan Ələkbərov onu da qeyd edib ki, “Claas Dominator 260” kombaynının öz sinfindən olan rəqibləri ilə müqayisəli təhlili onun şərtsiz lider olmasını göstərir.
Müqayisəyə nəzər salaq:
1. Barabanın iş sahəsi – 0,95 kvadratmetr (20% daha çoxdur)
2. Samansilkələyənin sahəsi – 5,35 kvadratmetr (12% daha böyükdür)
3. Ələklərin sahəsi – 4,80 kvadratmetr (20% daha böyükdür)
4. Yanacaq çəninin həcmi – 500 litr (67% daha çoxdur).
5. Texnikanın gücə tələbatı – 205 a.g. (19% daha qənaətlidir)
6. Ehtiyat hissələrinin yağlanma müddəti – 50 saat (5 dəfə daha qənaətlidir).
7. Məhsulun təmiz ayrılmasına vizual nəzarət imkanı var.
8. ISOBUS terminalı və çoxfunksiyalı “coystik” idarəetməni və nəzarəti daha rahat həyata keçirməyə imkan verir.
9. Kabinədə panoram şüşələr başlığa daha geniş vizual nəzarət imkanı yaradır.
Bütün bunlar o deməkdir ki, biçin daha qənaətli, daha məhsuldar və daha təmiz edilir.
“Dominator 260” modelinin digər üstün cəhəti isə onun taxıl ilə yanaşı qarğıdalı və günəbaxan sahələrinin biçinində eyni əzmkarlıq və eyni məhsuldarlıqla işləməsidir.
Bunun üçün sadəcə “4S” LLC-nin təqdim etdiyi “Claas Sunspeed” və “Corio” başlıqlarına malik olmaq yetərlidir.
Bəs bu başlıqlar nədir və işləmə mexanizmi necədir?
“4S” LLC-nin icraçı direktoru Fərid Bənənyarlı qeyd edir ki, qarğıdalı və günəbaxanın uğurlu və az itki ilə toplanmasında başlıca faktor gövdənin səliqəli və dəqiq budağından ayrılmasıdır. Bu baxımdan, “Claas Corio” başlıqlarının xarakteristikası onu deməyə əsas verir ki, o, qarğıdalı sahəsinin biçinində maksimal effektiv və alternativsiz vasitədir. Tətbiq edilən innovativ sistemlər gövdəni budağından zədələnmədən ayrılmasına imkan verir.
“Claas” mühəndislərinin tətbiq etdikləri düşünülmüş həllər qarğıdalı yığımını ideal edir və itkini azaltmaqla əldə olunan məhsulun maksimal keyfiyyətdə qalmasını təmin edir.
“Claas SUNSPEED” başlıqlarını “4S” LLC-nin təqdim etdiyi “Dominator” kombaynına tətbiq etməklə siz günəbaxan sahələrini də rahat şəkildə biçə bilərsiniz.
Fərqli sıra aralığı və gövdə qalınlığı baxımından yüksək dəyişkənlik “SUNSPEED”i günəbaxan yığımı üçün universal edir. “SUNSPEED”in tətbiqi kombaynla biçin zamanı gövdələrin vaxtından əvvəl ayrılmasının qarşısını alır. Eyni zamanda “Dominator”un unikal sistemi məhsulun maksimum təmiz və keyfiyyətli əldə olunmasına şərait yaradır.
“Sunspeed” başlıqlarının unikal özəllikləri imkan verir ki, siz günəbaxan sahəsinin effektiv biçimi ilə yanaşı:
– yanacaq sərfiyyatını azaldasınız,
– məhsuldarlığı artırasınız.
Bir sözlə “4S” LLC-nin təqdim etdiyi “Claas” texnologiyaları sizin xərclərinizi optimallaşdırmağınızı, məhsuldarlığı artırmağınızı və rəqib fermerlərdən bir neçə addım öndə olmağınızı təmin edir.
Ən əsası bütün texnologiyalar güzəştli lizinq şərti və alman zəmanəti ilə sizə təqdim edilir.
Bizim missiyamız aqrar sahədə yeni ənənələr yaratmaqdır.

