Ağdamda dəmir yolu və avtovağzal kompleksinin inşasına başlanılıb

Ağdamda dəmir yolu və avtovağzal kompleksinin inşasına başlanılıb

Ağdamda dəmir yolu və avtovağzal kompleksinin tikintisinə başlanılıb.

“Report” xəbər verir ki, bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədri Rövşən Rüstəmov jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, layihədə son razılaşdırma işləri gedir:

“Hazırda Qarabağda bizim iki layihəmiz həyata keçirilir. Bunlardan biri Bərdə-Ağdam layihəsidir ki, artıq layihənin böyük hissəsi tamamlanıb”.

O qeyd edib ki, Ağdam şəhərinə qədər dəmir yolu xətti çəkilib:

“Ümumilikdə layihənin 85%-i icra olunub. Sadəcə son stansiyalar – Təzəkənd, Bərdə, Köçəri stansiyalarının tikintisi həyata keçirilir və yaxın vaxtlarda yekunlaşacaq”.

R.Rüstəmov bildirib ki, Horadiz-Ağbənd layihəsi üzrə isə işlərin 45%-i həyata keçirilib:

“Layihə sürətlə həyata keçirilir. Layihənin 2025-ci ildə yekunlaşdırılması nəzərdə tutulub”.