Cəmiyyət 

FHN əməkdaşları köməksiz vəziyyətdə qalan heyvanları xilas etdilər – VİDEO

Bakı şəhərinin Xətai rayonu, Zığ qəsəbəsində binanın fasad üzlüyü ilə divarı arasına düşən küçüklər orada köməksiz vəziyyətdə qalıb.

ARANTV.AZ-ın məlumatına görə, küçükləri bina sakinləri özləri çıxarmağa çalışsalar da, buna nail ola bilməyiblər və bu barədə FHN-in “112” qaynar telefon xəttinə məlumat verilib.

Daxil olmuş məlumatla bağlı Bakı Regional Mərkəzinin xilasediciləri hadisə yerinə cəlb olunub və binanın üzlüyü ilə divarı arasında qalan heyvanları xilas ediblər.

Daha çox xəbərlər