Siyasət 

Bakıda Azərbaycan və Türkiyə XİN rəhbərlərinin mətbuat konfransı keçirilir – YENİLƏNİR + FOTO/CANLI YAYIM

Bakıda Azərbaycan və Türkiyə xarici işlər nazirləri Ceyhun Bayramov və Hakan Fidanın birgə mətbuat konfransı başlayıb.

Bu barədə Azərbaycan XİN-dən məlumat verilib.

14:55

Bakıda Azərbaycan və Türkiyə xarici işlər nazirləri Ceyhun Bayramov və Hakan Fidanın təkbətək görüşü bitdikdən sonra geniştərkibli iclası olub.

Bu barədə Azərbaycan XİN-dən məlumat verilib.

Qeyd olunub ki, ölkələr arasında qardaşlıq, dostluq və həmrəyliyə əsaslanan ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyinin perspektivləri müzakirə edilib.

13:38

Bakıda Azərbaycan və Türkiyə xarici işlər nazirləri Ceyhun Bayramov və Hakan Fidanın təkbətək görüşü başlayıb.

Bu barədə Azərbaycan XİN-dən məlumat verilib.

13:31

Dekabrın 14-də Bakıda Azərbaycan və Türkiyə xarici işlər nazirləri görüşüblər.

Bu barədə Azərbaycanın XİN-in “X” sosial şəbəkə hesabından bildirilib.

Məlumatda nazir Ceyhun Bayramovun türkiyəli həmkarı Hakan Fidanı hərarətlə salamladığı bildirilib.

 

Daha çox xəbərlər