YAP İlham Əliyevin prezidentliyə namizədliyini irəli sürüb – YENİLƏNİB
Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin iclası keçirilib.
ARANTV.AZ-ın məlumatına əsasən, iclasda YAP-ın növbədənkənar prezident seçkisində namizədi müəyyən edilib.
YAP İdarə Heyəti qərara alıb ki, Prezident İlham Əliyev YAP-ın seçkidəki namizədi olsun.
09:56
Bu gün Yeni Azərbaycan Partiyası İdarə Heyətinin iclası keçiriləcək.
ARANTV.AZ bildirir ki, Heydər Əliyev Mərkəzində keçiriləcək iclas saat 10:00-da başlayacaq.
Qeyd edək ki, iclasda YAP-ın prezidentliyə namizədi müəyyən ediləcək.
Xatırladaq ki, 2024-cü ilin fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkisi keçiriləcək.

