Nazir Azərbaycan Müəllimlərinin XVI Qurultayının panel iclaslarını izlədi – YENİLƏNİB + FOTO
Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Azərbaycan Müəllimlərinin XVI Qurultayının ikinci günündə müxtəlif mövzular üzrə panel sessiyaları davam edir.
ARANTV.AZ-ın məlumatına görə, “İbtidai təhsildə öyrənmə və öyrətmə müxtəlifliyi” panelində bu təhsil pilləsi üzrə müzakirələr aparılıb.
İştirakçılar tədris prosesi zamanı qarşıya çıxan çətinliklər səsləndiriblər. Məsələnin həlli istiqamətində iştirakçıların təklifləri dinlənilib.
“Azərbaycan dili və ədəbiyyat fənlərinin tədrisinə yeni yanaşmalar” panelində bu fənlərin tədrisi ilə bağlı məsələlər müzakirə olunub.
Eyni zamanda, “Müasir dövrdə təbiət fənlərinin tədrisi” mövzusunda olub.
Riyaziyyat fənninin məzmunu və tədris metodikası barədə də müzakirələr aparılıb.
Müzakirələrdə riyaziyyat fənninin tədrisində diferensial təlimin təşkili, şagirdlərin riyazi-məntiqi təfəkkürünün inkişaf etdirilməsi və fənnin tədrisi ilə bağlı təkliflər dinlənilib.
Digər panelin mövzusu isə “İnnovativ layihələr: STEAM”, “Rəqəmsal bacarıqlar” və s. olub. “STEAM Azərbaycan” layihəsinin rəhbəri İqrar Nəzərovun moderatorluğu ilə keçirilən paneldə yeni STEAM mərkəzlərinin yaradılması, layihənin əhatə dairəsinin genişləndirilməsi, şagirdlərin bu təhsil yanaşmasına fəal surətdə cəlbi, eləcə də STEAM yanaşmasının tətbiqi üzrə statistik məlumatlar iştirakçılarla bölüşüb.
Qeyd edək ki, panel iclasını elm və təhsil naziri Emin Əmrullayev, nazir müavinləri və aparat rəhbəri izləyiblər.
Azərbaycan Müəllimlərinin XVI Qurultayı bu gün işini başa çatdıracaq.
11:10
Bu gün Bakıda ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Azərbaycan Müəllimlərinin XVI Qurultayının ikinci günü keçirilir.
ARANTV.AZ-ın məlumatına görə, tədbirin ikinci günündə panel sessiyaları keçirilir.
“İbtidai təhsildə öyrənmə və öyrətmə müxtəlifliyi”, “Azərbaycan dili və ədəbiyyat fənlərinin tədrisinə yeni yanaşmalar”, “Müasir dövrdə təbiət fənlərinin tədrisi”, “Müasir dövrdə riyaziyyat fənninin tədrisi”, “Tarix və coğrafiya fənlərinin tədrisinə yeni baxış”, “Xarici dillərin öyrənilməsi: yeni imkanlar”, “İncəsənət, texnologiya və fiziki tərbiyə fənlərinin kamil şəxsiyyətin formalaşmasında rolu”, “İnnovativ layihələr: STEAM, “Rəqəmsal bacarıqlar” və s. mövzularında müzakirələr aparılacaq.
Qeyd edək ki, Azərbaycan müəllimlərinin ilk qurultayı 1906-cı ildə keçirilib. Qurultay ənənəvi olaraq 5 ildən bir təşkil olunur.

