Siyasət 

Azərbaycanın Baş naziri Moskvada MDB Hökumət Başçıları Şurasının iclasında iştirak edir – YENİLƏNİB + FOTO

Moskvada MDB ölkələrinin Hökumət Başçıları Şurasının iclası başlayıb.

“Report”un Rusiya bürosu xəbər verir ki, iclasda Azərbaycan nümayəndə heyətinə Baş nazir Əli Əsədov rəhbərlik edir.

Daha əvvəl Əli Əsədov görüşün digər iştirakçıları ilə birlikdə Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində keçirilən “Rusiya” beynəlxalq sərgi-forumu ilə tanış olub.

11:36

Azərbaycanın Baş naziri Əli Əsədov Moskvaya işgüzar səfəri çərçivəsində Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində keçirilən “Rusiya” beynəlxalq sərgi-forumu ilə tanış olub.

Bu barədə “Report”un Rusiya bürosu xəbər verir.

Xatırladaq ki, Ə.Əsədov MDB Hökumət Başçıları Şurasının iclasında iştirak etmək üçün dekabrın 16-dan Moskvada səfərdədir.

Daha çox xəbərlər