Putin yaxın vaxtlarda MDB dövlət başçıları ilə görüşəcək
Rusiya Prezidenti Vladimir Putin yaxın vaxtlarda MDB dövlət başçıları ilə Ali Avrasiya İqtisadi Şurasının iclasında və qeyri-rəsmi sammitdə görüşəcək.
ARANTV.AZ-ın məlumatına görə, bu barədə Rusiya lideri MDB Hökumət Başçıları Şurasının Moskvada keçirilən iclasının iştirakçılarına videomüraciətində bildirib.
O, görüşün dəqiq tarixini açıqlamasa da, bu il baş tutacağını vurğulayıb.
Sammitin Sankt-Peterburq şəhərində keçirilməsi planlaşdırılır.

