“ARAN MEDİA GROUP”- UN RƏHBƏRLİYİ İLƏ “XXI ƏSRDƏ TƏHSİLDƏN GÖZLƏNTİLƏR NƏDİR?” ADLI GÖRÜŞ KEÇİRİLİB.
Sağlam ruh,sağlam gələcək,sağlam cəmiyyət!
“Aran Media Group”-un rəhbərliyi ilə 17 dekabr 2023 cü il tarixində SKY hoteldə Heydər Əliyevin 100 illiyinə həsr olunmuş Zəhra Zamanova və Elgün Əhmədovun spiker kimi çıxış etdiyi “XXI əsrdə təhsildən gözləntilər nədir?” adlı təlim keçirilib.
Təlimdə təhsil işçiləri-müəllimlər,loqopedlər,psixoloqlar,təhsil mərkəzlərinin rəhbərləri,tələbələr və s. İştirak ediblər.Görüş zamanı ilk olaraq,Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib,daha sonra Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. İlk olaraq söz “Aran Media Group”-un direktoru,”Aran Media”qəzetinin baş redaktoru,pedaqoq Şeyda Əzizovaya verilib. Şeyda Əzizqızı ilk növbədə qonaqları salamlayaraq Heydər Əliyev ilinə həsr edilmiş tədbirin mahiyyətini, gənc kadrların inkişafında belə görüşlərin xüsusi yerinin olduğunu vurğulayıb.”Bu gün Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ölkəmizin hər yerində və onun hüdudlarından kənarda yüksək ehtiram və dərin minnərdarlıq hissi ilə qeyd olunur. Məhz, bu baxımdan “Aran Media” İnformasiya Agentliyi olaraq ölkədə və dünyada baş verən hadisələri işıqlandırmaqla bərabər müxtəlif layihələrə imza atırıq. Bu gün burada Ulu öndər Heydər Əliyevin 100 illik yubileyinəhəsr olunmuş “XXI əsrdə təhsildən gözləntilər nədir?”adlı təlimə yığışmışıq. Bu layihəni və təşkilati dəstəyi öz üzərimizə götürməkdəəsas məqsədimiz Elm və Təhsil Nazirliyinə ictimai dəstək olmaqdır». Sonra gənc müəllimlərə-Zəhra Zamanova və Elgün Əhmədova uğurlar arzulayan Şeyda Əzizqızı bu cür tədbirlərin davamlı olmasının faydalılığını tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Təlimin birinci hissəsində söz Metodika üzrə təlimçi,həmçinin tarix müəllimi Elgün Əhmədova verildi.Elgün Əhmədov çıxışında “Auditoriya ən çox hansı müəllimi sevir? Həmçinin “Ənənəvi təhsilə niyə yox deyək?” mövzularında çıxış edib,çıxışı zamanı spikerin təlim iştirakçıları ilə həmsöhbət olması maraqlı hallara səbəb olub.
Daha sonra isə söz loqoped,təlimçi-müəllim,”Jest dili” mütəxəssisi,”Number one “ mükafatı lauratı Zəhra Zamanovaya verilib.Zəhra Zamanova təlim iştirakçılarını salamlamasının ardından “Müasir təhsilin üstünlüyü nədir?”,”İnkluziv təhsil dedikdə nə başa düşürük?” adlı mövzulara da toxunub və daha sonra təlim iştirakçıları ilə fikir mübadiləsi aparılıb,onların sualları cavablandırılıb.
Görüşün ikinci hissəsində təlim iştirakçıları “Aran Media Group”tərəfindən sertifikatlara,spikerlər də diplomlarla təltif olunub,həmçinin görüşün sonlarına yaxın “Aran Media Group” nəzdində fəaliyyət göstərən “Min İl Tədris Mərkəzi” keçirmiş olduğu “Loqopediya” kursunu müvəffəqiyyətlə bitirən tələbəsi Səbinə Abdullayeva diplomla ,həmçinin sertifikatla təltif edilib.
Son olaraq ,təlim iştirakçıları ilə xatirə şəkli çəkdirilib.
“Aran Media Group”
Direktor:
Şeyda Əzizova


