DİN: Polis əməkdaşları bölgələrdə 38 çağırış üzrə dağ və meşə yollarında vətəndaşlara kömək göstərib
Polis əməkdaşları hava şəraiti ilə əlaqədar respublikamızın bir sıra bölgələrində gücləndirilmiş rejimdə fasiləsiz xidmət aparır.
DİN-in mətbuat xidmətindən “İki sahil”ə bildirilib ki, 102-Zəng Mərkəzinə daxil olan 38 çağırış üzrə dağ və meşə yollarında vətəndaşlara kömək göstərilib, onların gedəcəkləri ünvanlara çatdırılması təmin edilib.






