Siyasət 

Azərbaycan XİN Çində dağıdıcı zəlzələ ilə bağlı Pekinə başsağlığı verib – FOTO

Azərbaycan Xarici İşlər Nazirliyi Çində dağıdıcı zəlzələ nəticəsində həyatını itirənlərlə bağlı Pekinə başsağlığı verib.

Bu barədə XİN-in “X” sosial şəbəkə hesabında paylaşım edilib.

“Çində çoxlu insan itkisinə və yaralanmasına səbəb olan dağıdıcı zəlzələ xəbəri bizi dərindən kədərləndirdi. Həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını diləyirik”, – deyə başsağlığında bildirilib.

Daha çox xəbərlər