Prezident İlham Əliyevlə şəhid övladının səmimi söhbəti gündəm oldu – VİDEO
Bu gün Xankəndidə keçirilən Azərbaycan kubokunun 1/8 final mərhələsi çərçivəsində “Qarabağ” – MOİK matçında Prezident İlham Əliyevin şəhid övladlarından biri ilə səmimi dialoqu sosial şəbəkədə gündəm olub.
ARANTV.AZ-ın məlumatına görə, tarixi matçı Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva şəhid övladları ilə birgə izləyiblər.
Bu zaman dövlət başçısı tribunadakı yerlərdən birini şəhid övladı üçün saxlayacağını bildirib.
Həmin anın görüntülərini təqdim edirik:

