Gündəm 

BTQ-nin icraçı direktoru: “Dekolonizasiya problemi kollektiv səylər tələb edir”

“Dekolonizasiya məsələsi kollektiv səylər tələb edir”.

“Report” xəbər verir ki, bunu Bakı Təşəbbüs Qrupunun (BTQ) icraçı direktoru Abbas Abbasov Bakıda “Dekolonizasiya Dialoqları: İrs, Çağırışlar və İnkişaf” mövzusunda keçirilən beynəlxalq konfransda deyib.

“Son üç ay ərzində BTQ bu mövzuda dörd beynəlxalq konfrans keçirib. Bugünkü konfrans bu problemlə mübarizədə yeni səhifə olacaq”, – deyə o bildirib.

Onun sözlərinə görə, dekolonizasiya statik konsepsiya deyil, o, daim dəyişir, ona görə də onların həlli üçün bu məsələləri daim beynəlxalq arenada qaldırmaq lazımdır.

Daha çox xəbərlər