Cəmiyyət 

Bakıda bulvar ərazisində batan gəzinti qayığında vətəndaşların xilas edilmə anı – YENİLƏNİB + FOTO/VİDEO

Bakıda bulvar ərazisində gəzinti qayığının batması ilə bağlı məlumat daxil olan məlumat üzrə DİN-in Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları xilasetmə tədbirlərinə cəlb ediliblər.

DİN-in Mətbuat Xidmətindən bildirilib ki, polis əməkdaşları batma təhlükəsinə məruz qalan şəxsləri müvafiq dövlət qurumunun əməkdaşları ilə birgə xilas ediblər.

 

11:54

Bakıda Bulvar ərazisində gəzinti qayığı batıb.

Fövqəladə Hallar Nazirliyindən Oxu.Az-a verilən məlumata görə, hadisə ilə bağlı “112” qaynar xətinə gəzinti qayığının batması ilə bağlı məlumat daxil olub.

Dalğıc axtarış xilasetmə əməkdaşları hadisə yerinə cəlb ediliblər.

İlkin məlumata görə, batma təhlükəsində olan vətəndaşlar xilas olunublar.

Daha çox xəbərlər