Aİ səfiri Azərbaycanı təbrik edib – FOTO
“2026-cı ildə Bakının 13-cü Ümumdünya Şəhər Forumuna ev sahibliyi münasibətilə Azərbaycanı təbrik edirik!”
Bunu Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri, səfir Peter Mixalko özünün “X” hesabında paylaşıb.
“Bu gözəl şəhər UN-HABITAT tərəfindən irəli sürülən qlobal miqyasda şəhərsalma siyasətinin mərkəzinə çevriləcək. Uğurlar arzulayıram!” – paylaşımda qeyd olunub.

