Hadisə 

Yevlaxda kişi dəm qazından zəhərlənərək ölüb: Hadisə şahidi danışdı – YENİLƏNİB + VİDEO

Yevlaxda 64 yaşlı kişi dəm qazından zəhərlənərək ölüb.

Hadisə şəhərin İlqar Dəmirov küçəsində qeydə alınıb.

Osman Ağayevin meyiti yaşadığı mənzilin hamam otağında aşkarlanıb.

Mərhumun qonşusu Əlizamin Abbasov bildirib ki, mərhumu xəstəxanaya çatdırsalar da, həyatını xilas etmək mümkün olmayıb:

“Qızı zəng etdi ki, içəri keçib baxmaq lazımdır. Qapını döydük, səs çıxmadı. Darvazanın üstündən keçdik, qapını açıb gördüm ki, yerdədir. Qonşu ilə xəstəxanaya apardıq. 10 dəqiqə sonra dedilər ki, dünyasını dəyişib”.

Qeyd edək ki, Osman Ağayevin həyat yoldaşı vəfat edib. Övladları isə Bakı və Bərdədə yaşayırlar. Hadisənin başvermə səbəbləri araşdırılır.

Ətraflı Baku TV-nin süjetində:

10:50

Yevlax rayon sakini yaşadığı evin hamam otağında ölü tapılıb.

“Report” xəbər verir ki, 1959-cu il təvəllüdlü Osman Allahverdi oğlu Ağayevin yaşadığı Yevlax şəhəri İ.Dəmirov küçəsi, ev 82 ünvanında yerləşən mənzilin hamam otağında meyiti aşkarlanıb.

Onun hamam otağında quraşdırılmış su qızdırıcı qurğudan ayrılan dəm qazından zəhərlənərək öldüyü müəyyən olunub.

Daha çox xəbərlər