Siyasət 

Şuşada, Xankəndidə səs vermək istəyənlər var

Mənim özümə şəxsən çoxlu məktublar gəlib Şuşada, Xankəndidə səs vermək istəyənlər var.

ARANTV.AZ  xəbər verir ki, bu fikirləri Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov qurumun bu gün keçirilən iclasında bildirib.

O qeyd edib ki, məcburi köçkün seçicilər ona bununla bağlı müraciət ediblər.

Qeyd edək ki, dekabrın 7-də Prezident İlham Əliyev Azərbaycanda növbədənkənar Prezident seçkilərinin elan edilməsi barədə Sərəncam imzalayıb. Sərəncama əsasən, fevralın 7-də növbədənkənar prezident seçkiləri keçiriləcək.

Daha çox xəbərlər