Gündəm 

Heydər Əliyev və müasir Azərbaycan

Ulu öndər Heydər Əliyev uzaqgörən siyasəti və qətiyyəti ilə öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxaran və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşduran qüdrətli şəxsiyyətdir. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan ulu öndər Heydər Əliyevin həyat amalının təntənəsidir. Bu gün Ulu Öndərin layiqli davamçısı prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun gücü, qüdrəti, xalqımızın birliyi sayəsində ulu öndərin şah əsəri olan güclü Azərbaycan dövləti öz suverenliyini, müstəqilliyini qorumağa qadirdir. Bu, 44 günlük Vətən Müharibəsində qazandığımız Şanlı qələbəmizlə öz təsdiqini tapıb, beynəlxalq müstəvidə artan nüfuzumuzla sübut olunub.

Azərbaycan Respublikasında dövlət müstəqil siyasətinin formalaşdırılması Ulu Öndər Heydər Əliyevin adı ilə bağıdır. Ulu Öndər Heydər Əliyev müasir Azərbaycan Vətəndaşlarını ölkəmizin gələcəyi kimi dəyərləndirərək bildirirdi ki, cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi Vətəndaşlarımıza Dünya standartlarına uyğun müasir dövrə adaptasiyasından asılıdır. Heydər Əliyevin  müəllifi olduğu müasir Azərbaycan dövlət siyasəti bu gün onun layiqli davamçısı, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilərək mahiyyət və keyfiyyətcə yeni mərhələyə qədəm qoyub.

“Sahibkarlığın inkişaf etdirilməsi, sərbəst iqtisadiyyata yol verilməsi, bazar iqtisadiyyatının yaradılması bizim müasir iqtisadi yolumuzdur”-deyərək Azərbaycan İqtisadiyyatını müasir Dünya standartları səviyyəsinə çatdırmaq üçün Heydər Əliyev üçün priotitet vəzifələrdən biri idi.   Dahi İnsan Azərbaycan xalqına  keçmişin bütün asılılıqlarından,buxovlarından azad olduqdan sonra əlindən zorla alınmış milli-mənəvi dəyərlərin, milli özünüdərkin formalaşmasına yeni zəmin yarandı. Xalqımızın Milli oyanış dövründə millətin həmin dəyərlər uğrunda canından belə keçməyə hazır olması xalqımızın milli dəyərlərə sadiqliyinin nümunəsidir.

Heydər Əliyev dövlətçiliyimizin yox olmaq təhlükəsindən xilas edilməsi üçün əsaslı sütunlar yaratdı,öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qorudu, respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırdı və müasir inkişafın təməlini qoydu.  Azərbaycan tarixində silinməz izlər qoymuş dahi şəxsiyyətin biz azərbaycanlılara bəxş etdiyi saysız-hesabsız tarixi günlər vardır ki, xalqımız bu gün həmin tarixləri əsl bayram kimi qeyd edərək dahi şəxsiyyəti böyük hörmət və ehtiramla anır.

Heydər Əliyevin rəhbərliyi dövründə iqtisadi sahələrin tənzimlənməsi ilə bağlı 70-dən artıq qanun qəbul edilmiş, 100-dən çox fərman və sərəncam imzalanmış, 30-a yaxın dövlət proqramları təsdiq edilmişdir. Heydər Əliyevin ən böyük xidmətlərindən biri də gələcək müstəqil və müasir Azərbaycanın bütün sahələri üçün yüksək səviyyəli milli kadrlarla, mütəxəssislər ilə təmin edilməsi idi. 70-80-ci illərdə onun təşəbbüsü və qayğısı sayəsində hər il 800-900 azərbaycanlı gənc təhsil almaq üçün SSRİ-nin ən qabaqcıl ali təhsil müəssisələrinə göndərilirdi. Müqayisə üçün bu rəqəm 1969-cu ilə qədər 34 nəfər təşkil edirdi.

Ümummilli Liderimiz Heydər Əliyevin qoyduğu zəngin irs və dövlətçilik ənənələri yaşayır, müstəqil Azərbaycanımızın bu gününə və gələcəyinə xidmət edir.Prezident İlham Əliyev ata vəsiyyətini yerinə yetirdi. Bu gün Şuşada, Laçında, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda, Kəlbəcərdə üçrəngli bayrağımız əzəmətlə və fəxrlə dalğalanır .Bu gün Ulu Öndərimiz Heydər Əliyev ideyaları əsasında dinamik inkişaf edən, qüdrəti və beynəlxalq nüfuzu getdikcə artan ölkəmiz yeni zirvələr fəth edir. Qazanılan bütün nailiyyətlərin əsasında Ulu Öndər Heydər Əliyevin siyasi kursunun Möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirməsi dayanır.

Azərbaycan xalqı da hər zaman müasir dövlətimizin memarı və qurucusu, xalqının və ölkəsinin müstəqilliyi, inkişafı naminə böyük və əvəzedilməz işlər görmüş, bununla bağlı tarixi proseslərə təsir göstərmiş dahi şəxsiyyət Heydər Əliyevi qürur hissi ilə xatırlayır.

Azərbaycan Ordusunun hazırki səviyyəsi müasir ordu quruculuğu sahəsində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən müəyyənləşdirilən ordu quruculuğu siyasətinin tamamilə doğru olduğunu bir daha sübut edir. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla davam etdirilən həmin siyasət indi Azərbaycan Ordusunun yalnız bölgədə deyil, bütünlükdə dünyanın ən müasir orduları arasında yer tutmasına imkan verir.

Azərbaycan xalqı öz dövlət müstəqilliyini əldə etdikdən sonra cəmiyyətin gələcək inkişafı üçün hüquqi islahatların həyata keçirilməsi, tamamilə müasir mütərəqqi və demokratik dəyərlərə əsaslanan hüquq və məhkəmə sisteminin, qanunvericilik bazasının formalaşdırılması Heydər Əliyevin məqsədlərindən biri idi.

Müstəqil Azərbaycanın ilk milli Konstitusiyasının qəbul olunması və müstəqillik tariximizdə ilk parlament seçkilərinin keçirilməsi ilə Azərbaycanın tarixi inkişafının yeni bir mərhələsi Demokratik, hüquqi və dünyəvi dövlət kimi formalaşmış müasir Azərbaycanda vətəndaş cəmiyyətinin təşəkkül tapması, milli-mənəvi dəyərlərə qayıdış, elm, təhsil və mədəniyyətin misilsiz tərəqqisi  uli öndərin adı ilə bağlıdır. Xalqımız əmindir ki, Ulu öndər Heydər Əliyevin dövlətçilik ideyalarını uğurla davam etdirən ölkə rəhbərinin müdrik, qətiyyətli və milli maraqların təmin olunmasına yönəlmiş uzaqgörən siyasəti Azərbaycanımızı daha parlaq gələcəyə аpаrаcaqdır.Ulu Öndər “Mən həyatımda üç şeyə: Yaradanıma, zəhmətimə və bir də xalqıma arxalanmışam” müdrik kəlamını əbəs yerə işlətməyib. Dünyaya azərbaycanlı kimi gəldiyi üçün yaradana minnətdar olan Heydər Əliyev hər zaman azərbaycanlı olduğu üçün fəxr edib və dövləti, xalqı üçün əvəzedilməz işlər görüb. Tanrı isə bu yolda ona müdriklik, aqillik, qətiyyət, əyilməzlik, yenilməzlik, ensiklopedik yaddaş kimi keyfiyyətlər bəxş edib. Xalqına isə ona görə arxalanıb ki, bütün dövrlərdə Azərbaycan xalqı Ümummilli Liderə inanıb, güvənib, yürütdüyü siyasəti dəstəkləyib və hər zaman onun yanında olduğunu bəyan edib.

Ulu Öndər Heydər Əliyevin vaxtı ilə söylədiyi “Gün gələcək Azərbaycan dünyaya Günəş kimi doğacaq” müdrik kəlamının gerçəkliyə çevrildiyini təsdiqləyən  günümüzün reallığıdır. Ali Baş Komandanımızın söylədiyi kimi, bu gün Ağrı dağında, Murov dağında, Zəngəzur dağlarında, Şuşa dağlarında Azərbaycan bayrağı dalğalanır. Həmin bayraqların kölgəsi isə bütün Qarabağ və Şərqi Zəngəzura düşür.  Heydər Əliyevin yaratdığı müstəqil Azərbaycan dövləti indi güclü və müasir Azərbaycan dövləti kimi dünya siyasətində öz sözünü deyir. Vaxtilə hər birimizin qürur mənbəyi olan müstəqil Azərbaycan indi bütün azərbaycanlıların iftixarına çevrilmiş güclü və müasir Azərbaycandır.

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin Heydər Əliyev ənənələrini davam etdirərək apardığı uğurlu siyasət nəticəsində Azərbaycan artıq bölgənin siyasi mərkəzinə çevrilmişdir. Azərbaycanın bölgədəki və onun hüdudlarından kənardakı siyasi və  iqtisadi proseslərə təsiri getdikcə artmaqdadır. Heydər Əliyev irsi Azərbaycan xalqı üçün əvəzolunmaz bir tarixdir. Məhzdahi şəxsiyyət Heydər Əliyevin dönməz iradəsi, sarsılmaz əzmi,üzaqgörən siyasəti  sayəsində xalqımızı elə bir tarixi imkan əldə etmişdir ki, bunun sayəsində Azərbaycan köhnə dünyadan və onun ənənələrindən sürətlə uzaqlaşmağa, elm, mədəniyyət, təhsil, ən əsası ictimai-siyasi intibah yoluna,müasirlik yoluna qədəm qoymağa nail olmuşdur. Heydər Əliyev Gəncliyindən Azərbaycanın milli dövlət müstəqilliyi konsepsiyasını hazırlayan dahi dövlət adamı və milli istiqlal banısı və əvəzolunmaz siyası xadımdir.

Bu gün Azərbaycan özünün hər bir sahədə dinamik və müasir inkişaf dövrünü yaşayır. Azərbaycan Respublikasının  prezidenti  İlham Əliyev Ulu öndər Heydər Əliyev siyasi kursunu uğurla davam etdirir. Əsrlər keçəcək, illər bir-birini əvəz edəcək, nəsillər dəyişəcək, amma Heydər Əliyevin milli müstəqillik, Azərbaycançılıq,Müasirlik ideyaları heç zaman yox olmayacaq. Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var  Heydər Əliyev ürəklərdə yaşayacaqdır.

Müstəqil və müasir Azərbaycan ülü öndər Heydər Əliyevin şah əsəridir.

 

     Tuqay Sərdarlı

Goranboy rayon Qeydiyyat şöbəsinin rəisi

 

Daha çox xəbərlər