Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

Şəhid övladları ilə “Qürür dolu Yeni il” tədbiri keçirildi – Video+Fotolar

By Vüsal Rafiqoğlu
25.12.2023 3 Min Read

“Fireland group” və “Restaurants by Emin Agalarov”un birgə təşkil etdiyi “Qürur dolu yeni il” bayram tədbiri Ədliyyə Nazirliyinin, Müdafiə Nazirliyinin də dəstəyi ilə şəhid əmanətlərini yenidən bir araya toplayıb.

ARANTV.AZ  xəbər verir ki, 3-cü ildir “Fire Land Group” komandası “Mənim atam qəhrəmandır” və “ Mənim oğlum qəhrəmandır” layihələri çərçivəsində 2800-ə yaxın şəhid əmanətini birlik çətirinin altında toplamaqdadır.

Bu günə kimi Şuşa, Heydər Əliyev Mərkəzinin qarşısı, “Dreamland Golf Club”, Yanardağ Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu, İçərişəhər kimi önəmli məkanlarda 40-dan çox tədbir həyata keçirən komandanın kordinatorları da şəhid ailələrinin üzvləridir. Hər dəfə cəmiyyətin müxtəlif təbəqələrindən, ictimai şəxslərdən, sənət adamlarından və dövlət qurumlarından bu layihəyə olan dəstək bu səfər də gecikməyib.

“Fireland group”la bərabər bayramı şəhid əmanətlərilə qeyd etmək istəyən “Restaurants by Emin Agalarov” dekabrın 24-də “Dəniz mall”da yerləşən “Dyadya Maks” restoranında şəhid övladlarına möhtəşəm Yeni il süfrəsi təşkil edib. “Restaurants by Emin Agalarov”a daxil olan digər restoran “Zafferano Baku”da isə şəhid xanımları qarşılanıb. Günə əyləncəylə başlayan şəhid övladları səhər saat 11:00-dan etibarən Sky parkda və atraksionda əyləniblər. Daha sonra “Dyadya Maks” restoranın əməkdaşları restoranın girişində onları alqışlarla qarşılayıblar. Nahar edən şəhid əmanətlərinə elə restoranın içində film seansı və müxtəlif oyunlar təşkil olunub. Günorta saatlarında tədbirin bədii hissəsini idarə edən tanınmış aparıcı İlkin Həsəni “Şaxta baba” ilə bərabər şəhid əmanətlərinə hədiyyələr təqdim edib. Daha bir hədiyyəni isə CinemaPlus əməkdaşları edərək, şəhid övladlarına kinoteatr biletləri təqdim ediblər. Hər zaman şəhid övladlarının yanında olan, sevilən və populyar ulduz Zamiq Hüseynov bu səfər də səhnəni onlarla bölüşüb. Sənətçi şəhid əmanətlərinin sevdiyi mahnıları səsləndirib.

Tədbirin Cənab Prezident İlham Əliyevin ad gününə təsadüf etməsi şəhid övladlarının diqqətindən qaçmayıb. Onlar Ali Baş Komandanın 62 yaşını ürəklərindən gələn səmimi sözlər və sevgi ilə təbrik ediblər. Eyni zamanda Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin rəsmisi polkovnik-leytenant Elmar Zeynalabdinov və Şəhid Rasim Məmmədovun anası Xuraman Məmmədova tədbirdə çıxış edərək təşkilatçılara təşəkkürlərini bildiriblər.

“Fireland group”un rəhbəri, AYB-nin üzvü Cəlal Qurbanov tədbir haqda fikirlərini belə ifadə edib:

“Bizi şəhidlərimizə və onların əmanətlərinə borcluluq hissinə kökləyən vətəndaş mövqeyimizlə yanaşı, həm də Cənab Prezident İlham Əliyevin bu mövzuya həssaslığıdır. Yəqin ki, hər kəs onun şəhid ailələri ilə, şəhid övladları ilə ünsiyyətindəki doğmalığa şahiddir. Xüsusilə Xankəndində keçirilən Azərbaycan kubokunun 8/1 final mərhələsindəki görüntülər hər kəsin ürəyincə oldu. Cənab Prezidentin şəhid övladları ilə səmimiyyəti ürəyimizi isitdi. Prezident bu addımı ilə şəhid ailələri mövzusunda öz mövqeyinin, qayğıkeş yanaşmanın nə dərəcədə ürəkdən, içdən gəldiyini ortaya qoydu. Təbii ki, məhz Cənab prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyevanın tapşırıqlarına sadiq olan dövlət qurumları bu məsələdə şəhid ailələrinə diqqətini əsirgəmir. Öz layihələrimizdə biz bu münasibəti dəfələrlə hiss etmişik. Bir daha “Mənim atam qəhrəmandır”, “Mənim oğlum qəhrəmandır” layihələrinə dəstək verən Heydər Əliyev Mərkəzinin direktoru, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərova, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə, Daxili İşlər Nazirliyinə, Müdafiə Nazirliyinə layihələrimizin iştirakçıları olmuş bütün şəhid əmanətlərinin adından təşəkkür edirəm. Məhz bu gün – “Qürur dolu Yeni il” bayramının belə möhtəşəm təşkilində bizimlə bərabər bütün resurslarını istifadə edən “Restaurants by Emin Agalarov” a, xüsusilə mədəniyyətimizin də gözəl təmsilçisi olan xalq artisti Emin Ağalarova dərin minnətdarlığımı bildirirəm. Əqidəmizə doğma olduqlarını, şəhid əmanətlərinə həssaslıqlarını bir daha nümayiş etdirdilər”.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Bayramdan sonra dərslər bu tarixdə başlayacaq

Next

Murad Dadaşov rəqsi ilə gündəmə gəldi – Video

Xəbər lenti

  • “Azərişıq”da kadr dəyişikliyi 26.07.2026
  • FHN gözlənilən güclü küləklə əlaqədar əhaliyə müraciət edib 26.07.2026
  • Sabahın havası meteohəssas insanların əksəriyyəti üçün əlverişlidir 26.07.2026
  • İyulun 27-si və 28-i ilə bağlı XƏBƏRDARLIQ – Dənizə girmək təhlükəlidir 26.07.2026
  • Bakıda və Abşeron yarımadasında temperatur 3-4 dərəcə enəcək 26.07.2026
  • Zuğulba-Mərdəkan yolunda AĞIR QƏZA – Yaralılar var, yol bağlandı 26.07.2026
  • Gələcək uşağın yaddaşında başlayır! 26.07.2026
  • “Əvvəllər də bir-iki qoyun satıb evdən gedib” – İtən gənc çobanla bağlı yeni TƏFƏRRÜAT – VİDEO 26.07.2026
  • Çimərliyə gedənlərə XƏBƏRDARLIQ 26.07.2026
  • Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi – VİDEO 26.07.2026
  • Avtobusda bu əşyaları daşımaq qadağandır – Qanun deyir ki… 26.07.2026
  • Azərbaycanda ən çox bazar bu bölgədədir 26.07.2026
  • Əhaliyə XƏBƏRDARLIQ: Diqqətli olun! 26.07.2026
  • Nəriman Həsənzadə süni tənəffüs aparatına qoşulub 26.07.2026
  • Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı XƏBƏRDARLIQ edildi 26.07.2026
  • Sabah hava necə olacaq? – PROQNOZ 26.07.2026
  • Azərbaycan XİN Maldivi Müstəqillik Günü münasibətilə təbrik edib 26.07.2026
  • Benzinin qiymətinə təsir edəcək qərar – Bu ölkədə 26.07.2026
  • Fəhləlikdən polkovnik-leytenant rütbəsinədək: Fred Asifin unudulmaz xatirəsi 26.07.2026
  • Həkimdən çimərliklərdə satılan qarğıdalı ilə bağlı xəbərdarlıq 26.07.2026
  • Bakıda 39 dərəcə isti qeydə alındı – FAKTİKİ HAVA 26.07.2026
  • Emin Hüseynov yenidən erməni revanşistlərlə eyni masada Azərbaycanı hədəfə aldı – VİDEO 26.07.2026
  • Azərbaycan ilə Maldiv arasında əlaqələrin hazırkı inkişaf dinamikası bizi sevindirir 26.07.2026
  • Abituriyentlərin DİQQƏTİNƏ: bu ixtisaslar LƏĞV ediləcək? 26.07.2026
  • AFAD-dan Türkiyənin 35 əyalətinə xəbərdarlıq 25.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv