Cəmiyyət 

Kliniki Tibbi Mərkəzdə vətəndaşı həyatda saxlayacaq aparat işləmir? – AÇIQLAMA – YENİLƏNİB + VİDEO

Kliniki Tibbi Mərkəzin (KTM) ərazisindəki laboratoriya mərkəzindəki analiz avadanlığının işləməməsi ilə bağlı iddialar səslənib. Pasiyentlər bildiriblər ki, həmin cihaz artıq bir neçə aydır işləmir.

Məsələ ilə bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq KTM-dən bildirilib ki, sözügedən laboratoriya qurumun tabeliyində deyil:

“Qurumun tabeliyində belə bir laboratoriya yoxdur. Kliniki Tibbi Mərkəzin Laboratoriya şöbəsinin fəaliyyətində isə hər hansı problem yoxdur və tam gücü ilə fəaliyyətini davam etdirir. Adıçəkilən laboratoriya Səhiyyə Nazirliyinin tabeliyindədir”.

Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən verilən məlumata görə isə laboratoriyanın işi profilaktik təmir üçün dayandırılıb. Yaxın günlərdə laboratoriyanın fəaliyyəti bərpa ediləcək.

01:16

Böyrək köçürülən şəxslərin orqan transplantasiyasından sonra keçməli olduqları müayinələr var.

Bu müayinələr və analizlər sayəsində onlara dərman dozası təyin olunur.

Buna səbəb dərman dozasının təyini üçün olan analiz avadanlığının işləməməsidir.

Pasiyentlərin sözlərinə görə, onlar böyrək köçürülməsindən sonra qəbul edilən dərmanların dozasını tarazlamaq üçün müayinə edilməlidirlər.

Analiz cihazı da Kliniki Tibbi Mərkəzin ərazisindəki laboratoriya mərkəzindədir. Lakin yüzlərlə insanın mütəmadi şəkildə müayinədən keçməli olduğu bu cihaz bir neçə aydır işləmir.

Sözügedən laboratoriyadan bildirilib ki, cihazın işləməməsinə səbəb ehtiyat hissələrinin sıradan çıxmasıdır.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) isə bildirilib ki, məsələ araşdırılacaq.

Ətraflı “Xəzər Xəbər”in süjetində:

Daha çox xəbərlər