Ağdamda qəza: Ölən var – FOTO

Ağdamda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, ağır yol-nəqliyyat hadisəsi rayonun Quzanlı qəsəbəsində qeydə alınıb.

Xəyal Məhərrəmovun idarə etdiyi 05-BX-540 dövlət qeydiyyat nişanlı, “Lada Priora” markalı avtomobil yolu keçmək istəyən qadını vurub.

Müxtəlif dərəcəli xəsarətlər alan qadın hadisə yerində ölüb.

Qadının kimliyi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.