Siyasət 

Nazir: “Fransanın “Total” şirkətinin Azərbaycandakı fəaliyyəti beynəlxalq müqavilələrə əsaslanır”

“Fransanın “Total” şirkətinin Azərbaycandakı fəaliyyəti hasilatın pay bölgüsünə və beynəlxalq müqavilələrə əsaslanır”.

ARANTV.AZ-ın məlumatına əsasən, bunu xarici işlər naziri Ceyhun Bayramov 2023-cü ilin yekunlarına həsr olunan mətbuat konfransında deyib.

O bildirib ki, Azərbaycanla Fransa arasındakı gərginliklə qeyd olunan məsələ qarışdırılmamalıdır. “Çünki Fransa şirkətləri Azərbaycanda beynəlxalq müqavilələrlə çalışır. Eyni zamanda onların öhdəlikləri də var”, – deyə nazir bildirib.

Daha çox xəbərlər