Hadisə 

Cəlilabadda kanala düşərək boğulan azyaşlıların adları açıqlandı – YENİLƏNİB

Cəlilabadda kanalda boğulanlar azyaşlı bacılardır.

APA-nın cənub bürosunun verdiyi xəbərə görə, kanalda boğulanların dörd yaşlı Nərmin Vüsal qızı Abdullayeva və onun bacısı yeddi yaşlı, birinci sinif şagirdi Leyla olduğu bildirilir.

İlkin məlumata görə, dörd yaşlı Nərmin kanala düşüb, bacısı ona kömək etmək istəyən zaman suya yıxılıb.

Azyaşlılardan birinin meyiti sudan çıxarılıb, digərinin axtarışları davam etdirilir.

Qeyd edək ki, faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

16:48

Cəlilabad rayonunda bədbəxt hadisə baş verib.

“Report”un Muğan bürosunun məlumatına görə, rayonun Uzuntəpə kəndi ərazisində iki nəfər kanala düşərək boğulub.

Hazırda onların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Daha çox xəbərlər