Məktəbimizdə 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni İl bayramı münasibətilə tədbir keçirildi.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayıb. Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Tofiqə Məmmədova qarşıdan gələn bayramlar münasibətilə tədbir iştirakçılarını, müəllim, şagird kollektivini və bütün Azərbaycan xalqını təbrik edib.
Tədbir şagirdlərin təqdimatında şeir, mahnı, rəqs nümunələri ilə davam edib.


Posted inRegion Xəbərləri Təhsil