Siyasət 

Seçki bülletenlərinin sayı açıqlanıb

Növbədənkənar prezident seçkisi ilə əlaqədar çap olunacaq seçki bülletenlərin sayı açıqlanıb.

ARANTV.AZ  xəbər verir ki, bununla bağlı Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında qeyd edilib.

Bildirilib ki, 2024-cü il növbədənkənar prezident seçkisi ilə əlaqədar 6 milyon 524 min 203 seçki bülleteni çap ediləcək.

Komissiyanın sədr müavini Rövzət Qasımovun sözlərinə görə, seçki bülletenlərində namizədlərin soyadı, adı, atasının adı əlifba sırası ilə göstəriləcək.

 

Daha çox xəbərlər