Azərbaycana idxal edilən şalot soğanı və digər soğanlar 15 faiz gömrük rüsumuna cəlb ediləcək
Gələn ildən Azərbaycana idxal edilən şalot soğanı və digər soğanlar 15 faiz gömrük rüsumuna cəlb ediləcək.
ARANTV.AZ xəbər verir ki, Nazirlər Kabineti bununla bağlı “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edib.

